Noyabrın 1-də Şamaxıda Üzüm Tingçilik Mərkəzinin açılışı olub. Bu haqda Azərbaycan Respublikasının Prezidentinin rəsmi səhifəsində məlumat verilib.
Mərkəzin yaradılmasında məqsəd ölkənin üzüm tinglərinə olan tələbatının yerli istehsal hesabına ödənilməsidir.
Üzüm Tingçilik Mərkəzinin illik istehsal gücü 1 milyon ting təşkil edir. 1,2 hektar sahədə salınan mərkəzdə 10 texniki və 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Burada istehsal olunan tinglərin region və Mərkəzi Asiya ölkələrinə ixrac olunması planlaşdırılır.
Hazırda ölkədə 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. 2020-ci ildə Azərbaycanda 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3,1 % çoxdur.
[gallery columns="2" size="large" link="file" ids="12018,12019"]