Noyabrın 1-də Şamaxı şəhər stadionunun açılışı olub. Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Açılışda İlham Əliyev və Mehriban Əliyeva iştirak ediblər. 2200 azarkeş tutumu olan şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq, yəni stadionda beynəlxalq oyunların keçirilməsi mümkün olacaq.
Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib.
Eyni zamanda, ölkə başçısı Şamaxıda Yaradıcılıq Mərkəzinin, “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Ağıllı Şəbəkələlərin İdarəetmə Mərkəzinin, körpələr evinin və Üzüm Tingçilik Mərkəzinin açılışında iştirak edib.
[gallery size="large" link="file" ids="12026,12027,12024"]