Şamaxıda həyat yoldaşını azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla döyərək öldürən şəxsin cinayət işi üzrə məhkəmə iclası başlayır. Bu haqda 13 yanvar tarixində Report məlumat verib.
Hadisə şəxsi münasibətlər zəminində ər və arvadın aralarında yaranan mübahisə zamanı baş verib. 1985-ci il təvəllüdlü şübhəliyə “Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycanda 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.