ABŞ-nin Hərbi Dəniz Qüvvələri veteranı, siyasi məsləhətçi, müxtəlif kitabların, habelə qəzet və jurnallarda dərc olunmuş müxtəlif məqalələrin müəllifi Raul Kontereras Nikolas Kristofun "NewYork Times" nəşrindəki məqaləsinə cavab yazıb.
Bu barədə 9 sentyabr tarixində APA məlumat verib.
“Kontrerasın Hesabatı: 2023-cü ildə soyqırım?” adlı məqalə "Imperial Valles Press"də dərc olunub.
Müəllif məqaləsində yazır: "The New York Times” qəzeti (2 sentyabr) “ulduz” köşə yazarlarından olan Nikolas Kristofun “...başqa bir ölkə (Rusiyanın Ukraynaya qarşı müharibəsi) diqqətin yayınmasından istifadə edərək, insanlığa qarşı cinayətlər törədirsə? O zaman Azərbaycanla tanış olun” sualını ünvanlayan məqaləsini dərc edib.
Kristofun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. O, “Yəqin ki, Azərbaycanın Dağlıq Qarabağ adlı etnik erməni anklavına qarşı qəddarlığı barədə eşitməmisiniz, lakin bu, araşdırılmağa layiqdir” yazıb.
Kristof Azərbaycan və onun işğalçı qonşusu Ermənistanla 30 illik müharibəsi haqqında bildiklərimi bilə bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab, eyni zamanda ölkə (Azərbaycan - red.) və onun Ermənistanla problemləri haqqında bir neçə məqalə yazmışam.
Görünür, Kristof BMT-nin 1 milyona yaxın azərbaycanlının öz evindən didərgin salındığını göstərən rəsmi hesabatlarını görməyib. O, 1993-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın böyük dağıntılara məruz qalmasını da görməyib. Onlar 50 000 əhalisi olan şəhəri yerləyeksan etdilər.
Ermənistana yeganə çıxış olan bu yolla bu ölkəyə getmək istəyən, sənədləri düzgün olan ermənilərə tranzitə icazə verilir. Bununla belə, Azərbaycan hökuməti Qızıl Aypara Cəmiyyətinə “aclıqdan öldüklərini” iddia edən insanlar üçün ərzaq və tibbi ləvazimatlar olan yük maşınlarının karvanlarına icazə verib.
Ermənilər Qızıl Aypara bayraqları dalğalanan yük maşınlarının karvanlarını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar - ermənilərin məhv etdiyi 50 minlik Ağdam şəhərindən. Onlar “aclıqdan öldüklərini” iddia etdikləri erməniləri ərzaqla təmin etmək üçün yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina ediblər".