8 Noyabr - Zəfər gününün ildönümü ilə əlaqədar Milli Məclisə təqdim edilən amnistiya aktının 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Onlardan 3 mindən artıq məhkumun azad ediləcəyi, 3 minədək şəxsin isə cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı gözlənilir.
Bununla yanaşı, aşağıda qeyd edilənlər də cəzanın çəkilməmiş hissəsindən azad ediləcəklər:
- Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər ;
- Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər;
- Cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan yüngül və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər;
- Cəzanın sonuna 1 ildən az qalmış şəxslər.
Qeyd edək ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar noyabrın 5-də parlamentdə müzakirəyə çıxarılacaq.