Bakıda ana və azyaşlı oğlunu avtomobillə vuraraq ölümlərinə səbəb olmaqda təqsirləndirilən sürücüyə hökm oxunub. Bu barədə yanvarın 3-də APA məlumat verib.
Hökmə əsasən, saxlanılan şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə aprelin 19-da Sabunçu dairəsi yaxınlığında baş verib.
Məlumata görə, “Ravon” markalı avtomobilin sürücüsü qadını, onun oğlunu və bacısını vurub. Nəticədə ana və oğlu dünyasını dəyişib, bacısı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.