Anadolu Universitetinin Bakı filialının diplomlarının tanınmaması səbəbi universitetin İqtisadiyyat Nazirliyindən lisenziya almamasıdır. Bu barədə 12 avqust tarixində Təhsil Nazirliyi məlumat verib.
Nazirlikdən bildirilib ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara əsasən, universitetlər fəaliyyət göstərə bilmək üçün lisenziya almalıdırlar.
Anadolu Dövlət Universitetinin əsası 1958-ci ildə qoyulub. Bakıda isə universitetin filialı 2009-cu ildən fealliyətə başlayıb. Anadolu Universitetində 28 ixtisas üzrə təhsil almaq mümkündür. Hazırda bu universitetdə 3000-ə yaxın azərbaycanlı tələbə distant formada ali təhsil alır.