Dünən Zəngilan rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15:00 radələrində mina partlayışından xəsarət alıb. Bu haqda noyabrın 20-də məlum olub.
Hadisə rayonun Bartaz qəsəbəsində baş verib. ANAMA işçisi Vaqif Babayev xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində yüngül qəlpə yaraları alıb. O, helikopterlə Bakıdakı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bu günədək 167 vətəndaş mina partlayışından zərər çəkib, 33 nəfər isə dünyasını dəyişib. Ölənlərdən 2 nəfər jurnalist olub.