Sentyabrın 1-dən oktyabrın 2-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 429 piyada əleyhinə mina, 83 tank əleyhinə mina və 533 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Ümumilikdə 962 hektar ərazi mina və PHS-dən təmizlənib. Bu haqda ANAMA oktyabrın 4-də məlumat verib.