top
Aparıcılar haranı bitirib, kimlər diplomlu jurnalistdir? - FOTO
05 aprel 2025, 01:09
- ↺ +

Aparıcılar haranı bitirib, kimlər diplomlu jurnalistdir? - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Efirlərdə səsləndirilən fikirlərin,irəli sürülən ideyaların cəmiyyətin müəyyən qisminə təsiri faktı danılmazdır. Bir çox hallarda televiziya kanallarında səsləndirilən fikirlər cəmiyyətdə müzakirələrə səbəb olur.

Son günlər  "Kanal S"-də veriliş aparan Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

Bu gün isə Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib. Verilişinin yayımı dayandırılıb.

Qeyd olunan hadisə bir daha aparıcıların və veriliş aparanların təhsil mövzusunu aktual edib. Hər kəs veriliş apara bilərmi?Yaxud veriliş aparanların jurnalist təhsili varmı?

Oxu24.com saytı bununla bağlı araşdırma aparıb.Efirlərimizi bəzəyən verilişlərin aparıcıları haranı bitirib və onların ixtisası nədir?

Azərbaycan tamaşaçısının baxdığı reytinqli proqramların biri də ARB kanalında yayımlanan “Səni axtarıram” verilişidir. Layihənin rəhbəri və aparıcısı Əməkdar Jurnalist Xoşqədəm Hidayətqızıdır.

X.Hidayətqızı  1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb.

2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 7 noyabr 2016-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.

Ölkənin ən çox baxılan verilişləri sırasında ATV kanalında yayımlanan “Bizimləsən” proqramı da var. Sözügedən verilişin aparıcısı Zaur Baxşəliyevdir.

Zaur Baxşəliyev  1998-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və  Azərbaycan Beynəlxalq Universitetinin (Red-Hazırda fəaliyyəti dayandırılan ABU) jurnalistika fakültəsinə qəbul olunub.

Elə həmin ildən etibarən məqalə, hekayə, oçerkləri, mədəni-maarif yönümlü yazıları milli mətbuatımızın sayılıb-seçilən qəzet və jurnallarında dərc olunmağa başlayıb. Universiteti bitirdikdən sonra 2002-ci ildə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında müxbir kimi işə başlayıb.

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07.11.2017-ci il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Aparıcı  hazırda  Moskva İdarəetmə akademiyasının Hüquq fakültəsində  qiyabi təhsil də alır.

Ölkənin reytinqli verilişləri sırasında adı gələnlərdən biri də Xəzər Tv-də yayımlanan “Təsir Dairəsi”dir.  Verilişin aparıcısı Lalə Azərtaşdır.

Xanım aparıcı  2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib.

Daha sonra  BDU-nun Hüquqşünaslıq fakültəsinin məzunu olub.

2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib.

 

Teleməkanın və sosial şəbəkələrin ən məşhur simalarından biri də ARB kanalının aparıcısı Elgiz Əkbərdir. O,hazırda “Elgizlə İzlə” verilişinin aparıcısıdır.

Elgiz Əkbər  Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsini bitirib. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınıb.Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləyib.2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb.

 

ARB kanalının digər aparıcısı Zaur Kamal 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub.

Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda Radio TMB) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb. 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 2018-ci ildən Radio Xəzər və Radio TMB radiolarının direktorudur. 2020-ci ildən Azad Azərbaycan radiosunda "Danışır Zaur" proqramının aparıcısıdır. 2021-ci ildən ARB TV-də "HəminZaur" tele verilişinin aparıcısıdır.

 

Space kanalının aparıcısı Amil Xəlil  2010-cu ildə ali məktəbə daxil olur və 2014-cü ildə ali təhsili başa vurur. Tarix və jurnalistika üzrə təhsilini ala-ala uşaqlıqdan sevdiyi jurnalist sənəti üzrə çalışmağa başlayır. 2009-cu ildə özünün yaratdığı "Kanal Baku" sayt və internet kanalının rəhbəri olur. Sayt qısa zamanda TV xəbər videolarını yayımlayan yeganə saytlardan biri olur.

2011-ci ildə ATV kanalında araşdırmaçı müxbir kimi çalışmağa başlayır.

2017-ci ildə Space Tv-yə dəvət alan aparıcı hazırda da həmin kanalda çalışır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

Oxşar xəbərlər