Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 24-29°, dağlarda gecə 0-5°, gündüz 12-17° isti olacaq.