Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18°, gündüz 23-28°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.