Quş qripinə qarşı monitorinqlər keçirilib. Bu barədə aprelin 29-da Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Monitorinqlər 11-15 aprel tarixlərində keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb.
Çöl və ev quşlarından götürülmüş nümunələr laboratoriyada müayinə edilib. Nəticədə xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan patogen quş qripi xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir.