top
Araşdırma: Bakıda xidmət göstərən uşaq salonları və qiymətləri
22 aprel 2022, 00:03
- ↺ +

Araşdırma: Bakıda xidmət göstərən uşaq salonları və qiymətləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Valideynlərin seçimini asanlaşdırmaq üçün İnsanoid bu dəfə paytaxtımızın 7 uşaq salonunun xidmət və qiymətlərini araşdırıb sizlərə təqdim edir.

“Barbarisso” uşaq salonunda saç kəsimi, yuma, fenləmə uşaqlar üçün 20-25 AZN-dir. Saç düzümü isə valideynlərə 30-35 AZN-ə başa gələcək. Qulaq deşmə xidməti 30 AZN-dir. Qız uşaqları üçün manikür xidməti 10 AZN, “Face art” isə 5 AZN, ayrıca saç düzləşməsi 20 AZN olacaq. Məkan bir neçə hissədən ibarətdir: saç düzümü otağı, kafe və maskarad otağı. Salonun filialları Bakı, Neftçilər prospekti 145 ünvanında, Dəniz Mall, Amburan Mall və Gəncə şəhərində yerləşir. Amburan filialı yalnız yay aylarında işləyir.



“Cocobee Baku” salonunda qızlar və oğlanlar üçün saçın kəsilib, yuyulub, fenlə forma verilməsi 12 AZN-ə həyata keçirilir. Bu qiymətə saçda naxış qoyulması da daxildir. Salondan verilən məlumata görə, burada uşaqlar üçün manikür xidməti də göstərilir və qiyməti 5 AZN-dir. Qızlar üçün saç düzümləri 10 AZN-dən başlayır. Qulaq deşmə xidməti isə 20 AZN-ə başa gələcək. Salon Abbas Mirzə Şərifzadə küçəsi 71 ünvanında fəaliyyət göstərir.



“Davam” kids studioda oğlan saç kəsimi, yuyulması və formaya salınması 10 AZN-dir. Qızlar üçün kəsim 12 AZN-dir. Saç düzümü də 12 AZN-dən başlayır. Sadə manikür qiyməti 6 AZN-dir. Qulaq deşmə xidməti salonun öz aparatı ilə aparılarsa, 15 AZN, birdəfəlik istifadə üçün nəzərdə tutulan aparatla isə 25 AZN olacaq. Rəngli saçlarla hörüklər 12 AZN-dir. Unvan: Bakı, Nərimanov metrosunun yanı.



“Rio” uşaq salonunda uşaqlar üçün yalnız saç kəsimi xidməti göstərilir. Oğlan və qız uşaqları üçün saçın kəsilməsi, yuyulması və formaya salınması 10 AZN-dir. Ayrıca qız uşaqları üçün saçın yığılması 10-15 AZN arası dəyişir. Məkan 8 mkr-da, Zirvə şadlıq sarayı ilə üzbəüz yerləşir.



“AliStudio”da oğlanlar üçün saçın kəsilib, yuyulub, fenlə forma verilməsi 10 AZN-dir. Qızlar üçün isə kəsim qiyməti 6-10 AZN arası dəyişir. Qulaq deşmə 20 AZN-dir. Sadə manikür isə cəmi 2 AZN olacaq. Qızlar üçün saç düzümü 6-30 AZN arası dəyişir. Salona 1-2 gün qabaq yazılmaq məsləhətdir. Salon Xətai, Bakıxanov və Mərdəkanda fəaliyyət göstərir.

[gallery columns="1" size="large" link="file" ids="43842" orderby="rand"]

“Kinderstyle by Muhammed” övladlarınızın saçlarının kəsilib, yuyulub, fenlə forma verilməsi və ya saçda naxışların qoyulması – hamısı birlikdə 15 AZN-ə həyata keçirilir. Qız uşaqlarının saçlarının müxtəlif formalarda hörülməsi və düzümü 15 AZN-dir. Qulaq deşmə isə 20 AZN-ə başa gələcək. Salon Dilarə Əliyeva 215 ünvanında yerləşir.



“Kids Barber Shop”da yalnız oğlan uşaqları qəbul edilir. Burada saçın kəsilib, yuyulub, forma verilməsi və saçda naxışın qoyulması 15 AZN-ə başa gəlir. Unvan: Sahil metrosunun yanı, Üzeyir Hacıbəyov 56.



Beləliklə Bakı şəhərində uşaqların saç kəsimi valideynlərə 10-25 AZN-ə başa gələcək. Qız uşaqların saç düzümü isə 6-35 AZN aralığında olacaq.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Bu gün, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Bu gün, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Bu gün, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Bu gün, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Bu gün, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Bu gün, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Bu gün, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Bu gün, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Bu gün, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Oxşar xəbərlər