Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu barədə 29 yanvar tarixində İqtisadiyyat Nazirliyi məlumat verib.
Sözügedən Sənaye Parkı 200 hektar ərazini əhatə edir.
Sənaye Parkının Baş planı hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyi salınacaq.