Astara rayonunda beş uşaq atası özünü güllələyərək intihar edib. Bu haqda dekabrın 10-da Report məlumat yayıb.
İnsident rayonun Siyəku kəndində baş verib. 1969-cu il təvəllüdlü İlham Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq özünü öldürüb. Bildirilib ki, hadisə zamanı o, evdə tək olub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 2021-ci ilin birinci yarısında baş vermiş intiharlar nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib. Hadisələrin 115-i paytaxtda, digərləri isə respublikanın rayon və şəhərlərində qeydə alınıb.