Astara rayonunda qardaş bacıları tərəfindən baltalanıb. Bu barədə 5 yanvar tarixində APA məlumat yayıb.
İnsident rayonun Təngərüd kəndində baş verib. İlkin məlumata əsasən, ruhi xəstə olduqları deyilən bacılar Dağıstandan yenicə qayıdan qardaşlarına yatdığı zaman hücum ediblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi baş verib. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edib.