Astarada qardaşını baltalayan qadına cinayət işi açılıb. Bu haqda 6 yanvar tarixində rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yanvarın 5-i saat 10:00 radələrində Təngərüd kənd sakini Nadirə Qənbərova 1982-ci il təvəllüdlü qardaşına yatdığı zaman balta ilə hücum edib və onu qəsdən öldürməyə cəhd edib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi baş verib. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edib.