Bakıda ata 11 aylıq övladını yerə çırpıb. Bu barədə aprelin 26-da Qafqazinfo məlumat yayıb.
Hadisə dünən saat 21 radələrində Yasamal rayonunun Xaqani Dadaşov küçəsində baş verib. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir. Hadisəni törədən ata isə tutularaq istintaqa təhvil verilib.