Hotellərin və aviaşirkətlərin qiymət siyasəti kommersiya komponentidir və dövlət tərəfindən idarə olunmur. Bu sözləri 16 dekabrda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid APA-a deyib.
Baş direktor bildirib ki, Yeni il bayramı ilə əlaqəli olaraq, aviaşirkətlər biletlərin qiymətini artırıb. Bu həmin şirkətlərin çəkdikləri xərclərlə əlaqəlidir.
“Təkcə Azərbaycanda deyil, əksər Avropa ölkələrində uçuşların sayı təxminən 30% azalıb. Pandemiya zamanı hotellər də xeyli zərər çəkib. Lakin vəziyyət yaxşılaşdıqca qiymətlər yenidən enəcək”, - deyə Florian Zenqstşmid söyləyib.
Onun sözlərinə görə, hazırda Azərbaycana səyahət edənlər əsasən Rusiya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanından olan turistlərdir.
Baş icraçı direktor ehtimal edir ki, 2023-cü ildə turizm sektoru 2019-cu ilin səviyyəsinə qayıdacaq.