Bu gün, aprelin 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın iki idmançısı mübarizəyə başlayacaq.
Bunlar 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov və Hidayət Heydərov olacaq. Orucov ilk görüşdə irlandiyalı idmançı ilə, Heydərov isə polşalı cüdoçu ilə qarşılaşacaq. Yarışın ilk günündə çıxış edən 6 idmançımızdan heç biri medal qazana bilməyib. Ən yaxşı nəticəni Balabəy Ağayev (-60 kq) və Yaşar Nəcəfov (-66 kq) göstərib. Onlar 5-ci yerlə kifayətləniblər.
Qeyd edək ki, yarışlara mayın 1-də yekun vurulacaq.