Bu gün, aprelin 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan idmançıları iki medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov finalda italyan rəqibi Covanni Espozitoya qalib gələrək Avropa çempionu adını qazanıb. Eyni çəki dərəcəsində çıxış edən Rüstəm Orucov isə bürünc mükafat uğrunda görüşdə moldovalı Adrian Sulkadan üstün olub.
Qeyd edək ki, yarışların ilk günündə Azərbaycan idmançıları medal qazana bilməyib.