22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb. Bu barədə 11 mart tarixində Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Yığma martın 13-23-də Poreç şəhərində keçiriləcək qitə birinciliyində 7 idmançı ilə təmsil olunacaq. Çempionatda Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) çıxış edəcək.
Eyni zamanda, beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.