Bu gün, martın 29-da güləş üzrə Avropa çempionatının növbəti qarşılaşmaları keçirilib.
Bu gün çıxış edən 5 idmançıdan 3-ü yarımfinala vəsiqə qazanıb. Turan Bayramov (74 kq) Slovakiyadan olan Teymuraz Salkazanova qarşı, Abubakr Abakarov (86 kq) polşalı Sebastyan Yezyeranskiyə qarşı, Osman Nurməhəmmədov (92 kq) isə bolqarıstanlı Əhməd Batayevə qarşı güləşəcək. Yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qeyd edək ki, bu gün, həmçinin 4 güləşçimiz finalda, 1 güləşçimiz isə bürünc medal uğrunda güləşəcək.