“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir”. Bu haqda yanvarın 12-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tvitterdə yazıb.