Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ötən il Azərbaycanda 8 layihəyə 34 milyon avro investisiya yatırıb. Bu barədə 10 yanvar tarixində Report EBRD-yə istinadən xəbər verib.
Bu göstərici 2020-ci illə müqayisədə 2 layihə və 2 dəfə çoxdur.
Qeyd edək ki, bu günə kimi EBRD Azərbaycanda 178 layihəyə ümumilikdə 3,3 milyard avro investisiya yatırıb.
EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1%-ni təşkil edib.