Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qusar rayonunda qar uçqunlarında axtarış xilasetmə üzrə təlim keçirilir. Bu barədə dekabrın 15-də FHN məlumat yayıb.
Təlim FHN-in xilasedicilərinin çətin iqlim şəraitində bacarıqlarının artırılması məqsədilə təşkil olunub. Təlimin gedişində qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə tapşırıqlar yerinə yetirilib.
Təlim dekabrın 11-dən 19-dək davam edəcək. Bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir.
Daha öncə, dekabrın 14-də İsrailin Azərbaycandakı səfirliyində təlim baş tutub. Təlimin məqsədi səfirlik və Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşlığını daha da gücləndirmək olub.
[URIS id=17273]