Mingəçevirdə pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satan qadın saxlanılıb. Bu barədə dekabrın 28-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər sakini “bazar” adlanan ərazidə özünə məxsus avtomobilə yığdığı pirotexniki vasitələri satarkən iş başında yaxalanıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.