Bakıda avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb. Bu barədə aprelin 22-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Nizami rayonunda qeydə alınıb. Saxlanılan Murad Canızadə 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2 500 manata yaxın maqnitofon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurlayıb.
Onun paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.