Bakı şəhərində Şaxta baba kimi fəaliyyət göstərmək üçün 60 manat məbləğində rüsum ödənilməlidir. Bu haqda 16 dekabrda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinə istinadən Modern.az xəbər verib.
Qurumdan məlumat verilib ki, hələ Şaxta baba və Qar qız olmaq üçün müraciət edən olmayıb.
Həmçinin əlavə edilib ki, Yeni il gecəsi atəşfəşanlıqla bağlı rəsmi qərar verilməyib.
Qeyd edək ki, Bakının bütün rayonlarında yolkaların qurulması barədə yerli orqanlara tapşırıqlar verilib. “Azneft” dairəsində və “Ağ Şəhər”də yolkaların qurulmasına başlanılıb.