Bakıdakı Hüseyniyyə məscidi bağlanıb. Bunu oktyabrın 5-də DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
Mətbuat xidmətinin rəisi bildirib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb: “Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.
Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.