“Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmaqdır”. Bu barədə 21 sentyar tarixində Energetika naziri Pərviz Şahbazov Dubayda keçirilən “Gastech 2021” sərgi və konfransında bildirib.
Konfransdakı çıxışında Pərviz Şahbazov "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycan üçün mühüm rol oynadığını bildirib.
Tədbir çərçivəsində keçirilən sərgidə Azərbaycan SOCAR-ın stendi ilə təmsil olunub.
21-23 sentyabr tarixlərində təbii qaz, mayeləşdirilmiş təbii qaz, hidrogen və ümumilikdə enerji sənayesi üzrə keçirilən “Gastech 2021” sərgisi və konfransında 300-dən çox yüksək vəzifəli şəxs, siyasətçi və ekspert iştirak edir.