Azərbaycan Türk Dövlətləri Təşkilatının xətti ilə Afrika ölkələrinə COVID-19 əleyhinə 100 min doza “Sinovac” peyvəndi göndərib. Bu haqda dekabrın 6-da Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə, Özbəkistan və Macarıstan da Afkrika ölkələrinə “Sinovac” və “Sinopharm“ peyvəndləri göndəriblər.
Sözügedən vaksinlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso və Toqo dövlətlərinə hədiyyə olaraq çatdırılıb. Qeyd edilib ki, Burkina Fasoya 400 min doza “Sinovac”, Toqoya isə 211 min 200 doza “Sinopharm” peyvəndi bağışlanıb.
Bundan əvvəl, 12 noyabr tarixində Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” peyvəndi göndərmişdir.