Bugün, dekabrın 15-də keçirilən Azərbaycan Atıcılıq Federasiyasının Hesabat-Seçki konfransında Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov federasiyanın prezidenti seçilib. Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
Vilayət Eyvazov çıxış edərək, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Qeyd edək ki, federasiyanın əvvəlki prezidenti Vaqif Axundov idi.