Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kub metr qaz nəql edə biləcək. Bu barədə 26 mart tarixində millət vəkili Vüqar Bayramov öz Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan Avropaya ən azı 9,1 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. “Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kubmetr olacaq, bu da Avropa üçün alternativ mənbə rolunu oynayacaq”, - deyə millət vəkili əlavə edib.
Vüqar Bayramov qeyd edib ki, bununla da Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da güclənəcək.