Azərbaycana 2021-ci ilin ilk 11 ayı ərzində 835,4 milyon dollar dəyərində 82 minə yaxın avtomobil idxal olunub. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin 21 dekabr tarixli hesabatında əks olunub.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45% və 70,8% çoxdur.
İdxal olunan avtomobillərin 11%-i daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də işləyən nəqliyyat vasitələridir. 153 avtomobil isə yalnız elektrik mühərriklə hərəkətə gətirənlərdir.