Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərinin səyahət platforması olan “DnataTravel” ilə əməkdaşlığa başlayıb. Bu barədə Dövlət Turizm Agentliyinin səhifəsində 14 oktyabr tarixində məlumat verilib.
Platformada Bakı, Qəbələ, Şəki, Gəncə və Quba şəhərlərində mövcud olan qonaqlama təklifləri haqqında informasiya əks olunub.
Səhifədə, həmçinin reyslər, viza proseduru, səyahət etmək üçün ən yaxşı vaxt və digər maraqlı faktlar yer alıb.
Bundan əlavə, BƏƏ-nin radio və televiziya kanallarında ərəb və ingilis dillərində ölkəmizə səyahətə dəvət edən çarxlar yerləşdirilib.
“DnataTravel” Yaxın Şərq və Hindistan üzrə ixtisaslaşmış ən böyük turoperatoru hesab edilir.
Daha öncə Azərbaycan “Wego”, “Expedia” və “Aviasales” səyahət platformaları ilə əməkdaşlığa başlamışdır.