Azərbaycan nümayəndələri BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində İrəvana qarşı təminat tədbirlərinin tətbiq edilməsini tələb edib.
“Ermənistan Qarabağın minalardan təmizlənməsi üçün bütün zəruri addımları atmalıdır”, - deyə xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 19-da məhkəmədə çıxışı zamanı bildirib.
Azərbaycan məhkəmə sənədlərində bildirib ki, Ermənistanda həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasəti davam etdirilir və nifrət qızışdırılır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır.
Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə də tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq. Bu haqda XİN nümayəndəsi Leyla Abdullayeva oktyabrın 12-də bildirib.