Dünən, noyabrın 5-də Belqradda keçirilən bok üzrə dünya çempionatında 86 kq çəki dərəcəsində final görüşü keçirilib. Azərbaycan boksçusu Alfonso Dominqes braziliyalı rəqibinə qalib gələrək qızıl medala sahib olub.
Keno Maçadoya 3:2 hesabı ilə qalib gələn boksçumuz dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub. Alfonso Dominqesə xüsusi kəmər və 100 min dollar mükafat təqdim olunub.
Beləliklə, Azərbaycan milli komandası Belqraddan 1 qızıl və 2 bürünc medalla qayıdır. Dominqesdən əlavə Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub. Bürünc medalçılara 25 min dollar mükafat verilib.