“Azərbaycan Dəmir Yolları" QSC müəyyən yüklərin daşınması üçün tətbiq olunan güzəştləri ləğv edib. Bu barədə 5 yanvar tarixində Report məlumat verib.
Bildirilib ki, mövcud tariflərlərdə dəyişiklik olmayıb. Lakin müəyyən yüklərin daşınmasına edilən güzəştlər ləğv olunub. Bununla bağlı cəmiyyət ilə müqavilələri olan ekspeditor şirkətlərinə xəbərdarlıq edilib.
“Yüklərini dəmir yolu ilə daşımağa üstünlük verən iri ixracatçılar və idxalçılarla yaxın gələcəkdə görüşlərin keçirilməsi və onlara fərdi yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur", - QSC-dən bildirilib.