Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC qatarların ləngiməsi ilə bağlı xəbərdarlıq edib.
Küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) maşinist qatarın sürətini azalda bilər.
“Bunu nəzərə almağınızı, platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik”,- deyə QSC-dən əlavə edilib.