Azərbaycan Respublika Dövlət Neft Fondunun (ARDNF) aktivləri 44 milyard dolları keçib. Bu barədə 29 dekabr tarixində Qurumun rəsmi Facebook səhifəsində deyilir.
Məlumata görə, bugün 22 yaşını qeyd edən Fondun aktivləri 2001-ci ildə 270 milyon dollar təşkil edib.
ARDNF 29 dekabr 1999-cu ildə təsis edilib. Fondun əsas məqsədi tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.