Azərbaycan Dövlət İqtisad Universitetində əməkhaqqı artırılıb. Bu barədə 13 dekabr tarixində universitetin rektoru Ədalət Muradov öz Facebook səhifəsində məlumat verib.
Əməkhaqqı Elmi Şuranın qərarı ilə artırılıb. Beləliklə ali məktəbdə orta əməkhaqqı 1 166 manata çatdırılıb, o cümlədən pedaqoji heyət üzrə 1 331 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1 012 manat təşkil edir.