Kikboksinq üzrə Azərbaycan çempionu narkotiklərin satışına görə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend noyabrın 29-da xəbər verib.
Məlumata əsasən, idmançının üzərindən 7 qrama yaxın metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham edilib.
Prokuror idmançının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.