Sentyabrın 14-də Rusiyanın Moskva şəhərində təşkil olunan “Heimtextil Russia 2021” sərgisində Azərbaycanın məhsulları təmsil olunacaq. Bu barədə 14 sentyabr tarixində Azpromo.az saytında məlumat verilib.
Sözügdən sərgidə 7 yerli şirkət interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsullarla “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq. Tədbir sentyabrın 16-dək davam edəcək.
“Heimtextil Russia 2021” Rusiyanın ən böyük beynəlxalq ev tekstili, interyer parçaları və dekor materiallarının sərgisidir.