Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu barədə dekabrın 23-də nazirlikdən məlumat verilib.
Buna səbəb Fransada keçiriləcək prezident seçkilərinə namizəd Valeri Pekrezin dekabrın 22-də Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri olub.
“Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib”, - deyə qurumdan əlavə edilib.