Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkə arasında 5 sənəd imzalanıb. Bu barədə 14 dekabr tarixində Report xəbər verib.
Aşağıda qeyd olunan sənədlərə üç ölkənin nazirləri imza atıb:
- İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İcracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu;
- Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu;
- İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə azərbaycanlı iş adamları arasında anlaşma memorandumu;
- İqtisadiyyat Nazirliyi yanında IV Sənaye Inqilabının Təhlili və Koordinasiyası Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikatı arasında anlaşma memorandumu;
- "Azərşəkər" MMC ilə Türkiyənin "Agrobay Seracılık İthalat İhracat Senaye ve Ticaret" şirkəti arasında razılaşma memorandumu.