Dünən Zəngilan rayonunda saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin giziri tank əleyhinə minaya düşüb. Bu haqda Baş Prokurorluq noyabrın 20-də məlumat yayıb.
Partlayış nəticəsində hərbçi Renat Ağababayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onunla birlikdə Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı Vaqif Babayev də minaya düşüb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bu günədək 167 vətəndaş mina partlayışından zərər çəkib, 33 nəfər isə dünyasını dəyişib. Ölənlərdən 2 nəfər jurnalist olub.