Cari ilin ilk 11 ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 997,3 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,15% çoxdur. Bu barədə 21 dekabr tarixində Gürcüstan Milli Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Bu dövr ərzində Azərbaycanın Gürcüstana ixracı 12,7% artaraq 509 milyon dollardan çox olub. Gürcüstan isə Azərbaycana 488,3 milyon dollarlıq məhsul göndərib, bu da ötən illə müqayisədə 22,2% çoxdur.