Cari ilin ilk 10 ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 4,3 milyon dollar təşkil edib. Bu barədə 7 dekabr tarixində İqtisadiyyat Nazirliyinin rəsmi Telegram səhifəsi məlumat verib.
Məlumata əsasən, Azərbaycana Moldovadan 3,2 milyon dollarlıq məhsul idxal edilib, 1,1 milyon dollarlıq məhsul isə Moldovaya ixrac edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinə əsasən, 2020-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dollardan çox olub.